Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı və Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "RBK-Ukrayna" nəşri məlumat yayıb.
Zelenski Münxen Təhlükəsizlik Konfransında jurnalistlərlə söhbət edərkən səfər barədə danışıb.
O bildirib ki, Səudiyyə Ərəbistanında rəsmi görüş keçirəcək və sonra Türkiyəyə yola düşəcək.
Volodimir Zelenski qeyd edib ki, Rusiya nümayəndələri ilə heç bir görüş olmayacaq. Lakin Ukrayna lideri səfərin konkret nə vaxt olacağı barədə məlumat verməyib.
Fevralın 13-də ABŞ prezidenti Donald Tramp Amerika, Ukrayna və Rusiya nümayəndələrinin gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklərini açıqlayıb. Lakin daha sonra prezident komandası Ukraynanın gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparmağı planlaşdırmadığını bildirib.
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ