İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İsraillə bağlı ŞOK AÇIQLAMA - Son bir neçə gündə...

ABŞ prezidenti Donald Tramp ballistik raketlərdən istifadə edən İranın hücumu nəticəsində İsrailə ciddi ziyan dəydiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, NATO sammiti çərçivəsində alyansın baş katibi Mark Rütte ilə görüşündə bildirib.

“İsrail xüsusilə son bir neçə gündə çox ağır zərər görüb. İranın ballistik raketləri nəticəsində İsrail ciddi itkilər yaşadı. Onlar çoxsaylı binaları dağıdıblar”, – deyə Tramp qeyd edib.

Bununla belə, Trampın sözlərinə görə, silahlı münaqişə zamanı İsrail özünü yüksək səviyyədə göstərib. ABŞ prezidentinin fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu “özü ilə fəxr etməlidir”.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. ABŞ isə eskalasiyadan doqquz gün sonra, 22 iyun gecəsi İrana məxsus üç nüvə obyektini vurmaqla münaqişəyə daxil olub. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki "Əl-Udeyd" aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyətinin bildirdiyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və ciddi dağıntı qeydə alınmayıb. Daha sonra Tramp bəyan edib ki, İsrail və İran atəşi tamamilə dayandırmağa razılaşıblar. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR