Onlayn ictimai-siyasi qəzet
Bəzi MDB ölkələrinin tarix dərsliklərində Rusiya Federasiyası haqqında mənfi şərhlər var.
Musavat.com xəbər verir ki, bu iddia ilə Rusiyanın təhsil naziri Sergey Kravtsov Dövlət Dumasının plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, Rusiya bu dövlətlərlə ümumi tarixi keçmişə vahid yanaşmalar barədə razılığa gəlməyi planlaşdırır:
"Tarix dərsliklərinə gəlincə, bir sıra dövlətlərin tarixinə nəzər salan zaman tarixi materialın tarixçilik və obyektivlik prinsiplərinə əməl olunmadan təqdim edilməsində müəyyən çətinliklər və problemlər var. Bu, ilk növbədə, bizim ümumi keçmişimizə, respublikaların ərazisinin Sovet İttifaqının tərkibində olması dövrünə aiddir və ümumilikdə Rusiyaya münasibətdə mənfi xarakter daşıyır".
Kravtsov əlavə edib ki, Təhsil Nazirliyi MDB ölkələrinin müvafiq nazirləri ilə ümumi tarixi keçmişin şərhinə yanaşmaların razılaşdırılması üçün işləyir:
"Biz birlikdə vahid təhsil, mədəni və mental məkan və bununla yanaşı, hamının bir-birini başa düşdüyü və mehriban qonşuluğa və sakinlərin artan rifahına yönəlmiş Avrasiya qitəsinin gələcəyini qururuq".
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ