Onlayn ictimai-siyasi qəzet
İranın nüvə obyektləri İsrail və ABŞ-ın zərbələri nəticəsində ciddi şəkildə zədələnib.
Musavat.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
Baqai vurğulayıb ki, beynəlxalq ictimaiyyət ilk növbədə ABŞ-ın hərəkətlərini pisləməlidir:
"Nüvə obyektlərimizə ciddi ziyan dəyib. Bu, dəqiqdir, çünki onlar İsrail və Amerika təcavüzkarları tərəfindən dəfələrlə hücuma məruz qalıblar".
İran XİN nümayəndəsinin qeyd etdiyinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) respublikanın nüvə obyektlərinə endirilən zərbələrlə bağlı mövqeyi "müsbət olmayıb".
O qeyd edib ki, məhz MAQATE İranın etimadını qazanmağa çalışmalıdır.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ