İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmradan adının dələduzluqda hallanmasına reaksiya

Stilist Anar Ağakişiyev Türkiyədə yaşayan azərbaycanlı bir modelin onun adından kosmetika mağazasından 1800 lirəlik hədiyyələri və endirim çekini götürməsi barədə açıqlama yayaıb. Bundan sonra şərhlərdə həmin modelin Səmra Hüseynova olduğu iddia edilib.

Musavat.com xəbər verir ki, Səmra adının dələduzluqda hallanmasına sosial şəbəkədə münasibət bildirib:

"Mən Türkiyədə yaşamıram. Azərbaycanda yaşayıram. Anar Ağakişiyevlə də yaxın münasibətim yoxdur. Salam-sağ ol var. O model mən deyiləm".

Qeyd edək ki, A. Ağakişiyev Türkiyədə yaşayan azərbaycanlı bir modelin onun adından kosmetika mağazasını aldatdığını bildirmişdi:

"Mən bilmirəm bunu necə deyim. Evdə oturduğum yerdə mənə mesaj gəldi ki, İstanbulda tanınmış kosmetika mağazasından mənim adıma ayrılmış endirim və hədiyyələr götürülüb. Getdim mağazaya və aydın oldu ki, bunu edən yaşı keçmiş azərbaycanlı bir modeldir. Gedib mağazaya, mənim telefon nömrəmi bildiyi üçün adıma ayrılmış endirimi istifadə edərək 1800 lirəlik hədiyyələrimi götürüb, gedib. Satıcı da təcrübəsiz olduğu üçün inanıb. Ona zəng etdim, guya məni tanımadı, amma mən ona hər şeyi sübut etdim. Ayıb olsun!"

Anar Ağakişiyev bunu edən modelin adını açıqlamayıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR