İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyan Paşinyanı HƏDƏLƏDİ

Bu gün, iyunun 25-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bütün dövrlərin katolikosu II Qaregini qəbul edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bir saata yaxın davam edən söhbətdə Ermənistandakı mövcud vəziyyəti dəyərləndirməklə yanaşı, Paşinyanın təşəbbüsü ilə Samvel Karapetyana qarşı təqiblər mövzusu da müzakirə olunub.

Buna səbəb Karapetyanın hakimiyyətin kilsəyə qarşı elan etdiyi müharibə fonunda verdiyi bəyanatı olub: “Əgər siyasətçilər uğursuzluğa düçar olsa, o zaman biz bunu öz yolumuzla edəcəyik”.

Bu bəyanat mahiyyət etibarı ilə adi siyasi bəyanatdır və onun Ermənistan vətəndaşı kimi bunu etməyə haqqı var. Birinci prezidentin fikrincə, Paşinyan məğlubiyyətin təcəssümüdür. “O, "Artsax" müharibəsini biabırçı şəkildə uduzdu və erməni kilsəsinə qarşı elan etdiyi müharibəni mütləq uduzacaq”, - eks-prezident deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR