Onlayn ictimai-siyasi qəzet
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp bu gün Niderlandda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Qeyd edək ki, bu, liderlərin son 2 ayda ilk danışıqlarıdır. Zelenski Trampla sonuncu dəfə bu ilin aprelində Vatikanda görüşüb. Onlar birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak ediblər.
Qeyd edək ki, iyunun əvvəlində G7 sammitində onların görüşü Trampın Yaxın Şərqdəki vəziyyətlə əlaqədar vaxtından əvvəl getməsi səbəbindən baş tutmayıb.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ