Onlayn ictimai-siyasi qəzet
Tramp ABŞ administrasiyasının Rusiyaya qarşı siyasətini şərh edərkən Bloomberg-ə deyib ki, o, sanksiyaların tərəfdarı deyil.
Musavat.com sitatın hərfi tərcüməsini təqdim edir: " Mən sanksiyaları sevmirəm".
Agentliyin aydınlaşdırdığı kimi, eks-prezident Tayvanı materik Çinin mümkün işğalından qorumaq ideyasına və Rusiyanı Ukraynadakı xüsusi əməliyyata görə “cəzalandırmaq” cəhdlərinə də eyni dərəcədə soyuqqanlı olduğunu açıqlayıb.
Görünən budur ki, Tramp hakimiyyətə gələn kimi Rusiya - Ukrayna müharibəsində Amerikanın mövqeyi dəyişəcək və Rusiyaya qarşı birləşən Kollektiv Qərb parçalanacaq. Hətta mümkündür ki, Rusiyaya qarşı tarixin ən amansız sanksiyalarını Tramp özü "dələcək".
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ