Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, heç vaxt ABŞ qoşunlarını Ukraynaya göndərməyəcəyinə söz verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, "All-In Podcast" YouTube kanalına verdiyi müsahibədə deyib: "Bəli, buna zəmanət verirəm, bunu etməyəcəyəm".
Tramp onu da qeyd edib ki, münaqişəyə səbəb məhz Ukraynanın NATO-ya qoşulması ilə bağlı söhbət olub. “20 ildir eşidirəm ki, Ukrayna NATO-ya daxil olarsa, bu, Rusiya üçün əsl problem olacaq. Düşünürəm ki, bu müharibənin başlanmasının səbəbi budur”, - deyə o qeyd edib. Keçmiş prezident vurğulayıb ki, Bayden bir çox yanlış şeylər edib, o cümlədən Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıb.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ