İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan gömrük tarifləri ilə bağlı qalmaqallı açıqlama – Bu, möhtəşəm mənzərədir

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tətbiq etdiyi gömrük rüsumlarını "möhtəşəm" adlandıraraq onların ABŞ iqtisadiyyatı üçün böyük fayda gətirdiyini bildirib.

Musavat.com xəbər verir ki,  Prezidentin sözlərinə görə, Çin, Avropa İttifaqı və digər ölkələrlə böyük maliyyə kəsiri mövcuddur və bu problemi yalnız tariflər həll edə bilər.

“Bizim Çin, Avropa İttifaqı və bir çox digər ölkələrlə böyük maliyyə kəsirimiz var. Yeganə çıxış yolu – rüsumlardır. Hazırda bu rüsumlar ABŞ-a on milyardlarla dollar qazandırır. Onlar artıq qüvvədədir və bu, möhtəşəm bir mənzərədir”, – deyə Tramp vurğulayıb.

Tramp həmçinin ümid etdiyini bildirib ki, bir gün skeptiklər də bu tarif siyasətinin ABŞ üçün nə qədər faydalı olduğunu anlayacaqlar.

ABŞ Prezidenti ötən həftəsonu Avropa və Asiya liderləri ilə gömrük rüsumları məsələsində danışıqlar apardığını da açıqlayıb:

“Onlar ticarət sazişi bağlamaq üçün can atırlar”, – deyə Tramp əlavə edib.

Bu sərt bəyanatlar Vaşinqtonun qlobal iqtisadi münasibətlərdə mövqeyini daha da sərtləşdirməyə hazırlaşdığına işarə kimi qiymətləndirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Aprel 2025

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR