Onlayn ictimai-siyasi qəzet
Kaliforniya ştatının qubernatoru Qəvin Nyusom ABŞ prezidenti Donald Trampın ticarət siyasətini hədəfə alıb.
Musavat.com xəbər verir ki, Nyusom administrasiyasına dünyadakı ticarət tərəfdaşlarını Kaliforniyanın etibarlı və sabit tərəfdaş olaraq qaldığına inandırmaq üçün “yeni imkanları araşdırmağı” tapşırıb.
“Trampın gömrük siyasəti bütün amerikalıları əks etdirmir”, – deyə Nyusom bildirib.
Kaliforniya qubernatoru vurğulayıb ki, ştat dünya üzrə sabit ticarət münasibətlərini dəstəkləməyə qərarlıdır.
Xatırladaq ki, ABŞ-a Çindən gələn malların böyük hissəsi Kaliforniya limanlarından keçir. Bundan başqa, bu ştat Meksika və Kanada ilə də geniş ticarət əlaqələrinə malikdir. Bu faktlar Nyusomun təşəbbüsünün beynəlxalq miqyasda böyük rezonans doğura biləcəyini göstərir.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ