Onlayn ictimai-siyasi qəzet
Tramp administrasiyası Nyu-Yorkun baş prokuroru Letisiya Ceymsə qarşı ipoteka fırıldaqçılığına görə araşdıma başladıb.
Musavat.com xəbər verir ki, məlumatı "Fox News" yayıb.
Bildirilir ki, Federal Mənzil Maliyyəsi Agentliyi ABŞ Ədliyyə Nazirliyinə Nyu York Baş Prokuroruna qarşı cinayət təhqiqatının aparılması üçün sorğu göndərib.
Mənzil idarəsi iddia edir ki, Ceyms ipoteka üçün müraciət edərkən Virciniyada sahib olduğu evi əsas iqamətgahı kimi qeyd edib, baxmayaraq ki, vəzifəli şəxs kimi onun iş yerinin olduğu ərazidə yaşaması tələb olunur. Ceyms həmçinin daha yaxşı kredit şərtləri əldə etmək üçün Nyu-Yorkdakı əmlakının ölçüsünü aşağı salmaqda, ipoteka ərizəsində atasını əri kimi göstərməkdə ittiham olunur.
Qeyd edək ki, 2022-ci ildə məhz Ceyms Trampa qarşı məhkəmə iddiası qaldıraraq onu Trump Organization-un aktivlərinin qiymətləndirilməsində fırıldaqçılığa yol verməkdə ittiham edib. Bu iddia əsasında 2024-cü ilin fevralında Nyu-York məhkəməsi Trampı 454 milyon dollar ödəməyə məcbur edib.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ