Onlayn ictimai-siyasi qəzet
Britaniya polisi Kral III Çarlzın ölkənin yeni seçilmiş parlamentinin açılış mərasimi üçün səfəri zamanı təhlükəsizliyi artıracaq.
Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadən məlumat yayıb.
ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra snayperlər Londonun mərkəzində "poladdan halqa" yaradacaqlar.
Polis iyulun 15-dən etibarən parlamentin binası qarşısında maneələr quraşdırmağa başlayıb, mülki geyimli agentlər də daxil olmaqla yüzlərlə polis Londonun mərkəzində və ətrafdakı bütün küçələrdə yerləşdiriləcək.
Snayperlər monarxı qorumaq üçün parlamentin toplaşdığı Vestminster sarayının ətrafındakı bütün əsas binalarda olacaq.
Qeyd edilib ki, parlamentin açılış mərasimi çərşənbə günü, iyulun 17-nə təyin edilib. III Çarlz seçilmiş parlamentarilərə ənənəvi nitq söyləməli və and içməlidir.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ