Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkə hesabında bildirib.
ABŞ prezidenti Zelenskini “komediyaçı” adlandırıb.
Tramp bildirib ki, Ukrayna prezidenti ABŞ-ı qalib gələ bilməyəcək müharibəyə sürükləyib. Onun sözlərinə görə, Vaşinqton Kiyevi dəstəkləmək üçün 350 milyard dollar xərcləyib, amma əvəzində heç nə almayacaq.
“Bir düşünün: təvazökar dərəcədə uğurlu komediya ustası Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarını müharibəyə qoşulmaq üçün 350 milyard dollar xərcləməyə inandırdı." , - deyə Tramp qeyd edib.
Trampın sözlərinə görə, bu müharibə ABŞ üçün deyil, Avropa üçün daha vacibdir, lakin ABŞ 200 milyard dollardan çox vəsait xərclədiyi halda, Avropanın vəsaitləri zəmanətli və təhlükəsiz qalır. O, ABŞ Prezidenti Co Baydenin Avropa ilə bərabər maliyyələşdirmə tələb etmədiyini tənqid edib.
“Bizim gözəl və böyük bir okeanımız var. Bu müharibə Avropa üçün bizdən daha vacibdir. Niyə Bayden bərabər töhfə tələb etmədi?” – deyə Tramp sual edib.
Tramp həmçinin Zelenskinin ABŞ-dan aldığı yardımların yarısının yoxa çıxdığını etiraf etdiyini bildirib. O, Ukrayna liderini seçkilərdən imtina etməkdə, aşağı reytinqə malik olmaqda və yalnız Baydeni “ip üzərində oynatmaqda” bacarıqlı olmaqda ittiham edib.
“Zelenski seçki keçirməkdən imtina edir, reytinqi çox aşağıdır və tək bacardığı iş Baydeni “fərasətlə idarə etmək” olub. O, seçkilər keçirməyə tələsməsə, ölkəsi belə qalmayacaq.”
Tramp qeyd edib ki, onun administrasiyası Rusiya ilə müharibəni bitirmək üçün uğurlu danışıqlar aparır və bunu yalnız Tramp və onun komandası bacarar. O, Baydenin heç vaxt sülh üçün cəhd etmədiyini, Avropanın müharibəni dayandıra bilmədiyini və Zelenskinin bu prosesi davam etdirmək istədiyini iddia edib.
“Mən Ukraynanı sevirəm, amma Zelenski çox pis iş gördü. Onun ölkəsi məhv oldu və milyonlarla insan lazımsız yerə öldü.”
Trampın bu açıqlamaları, ABŞ-ın Ukrayna siyasətində radikal dəyişiklik olacağının siqnalı kimi qiymətləndirilir. Bəzi müşahidəçilərə görə isə o, bu açıqlama ilə Zelinskinin "qələmini" qırmış oldu...
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ