İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirayədə yaşayanlara ŞAD XƏBƏR - Bakının bu ərazisində...

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərinə başlayır.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Agentlik bununla bağlı hazırlıqları başa çatdırıb.

Qurum sözügedən işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri 27.285.107,02 manata başa gələcək.

Xatırladaq ki, sözügedən ərazidə yaşayış kompleksinin tikintisi layihəsinin hazırlanmasına ötən il başlanılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR