İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskini qapıda qarşıladı - danışan jestlər: Donald yumruğu kimə göstərdi - VİDEO

Bu gün, 28 fevral 2025-ci il tarixində, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski Vaşinqtonda Ağ Evdə görüş keçirib.

Görüş çərçivəsində iki ölkə arasında nadir torpaq mineralları üzrə iqtisadi sazişin imzalanması planlaşdırılır.

Musavat.com Reuters-in canlı yayımına əsasən bildirir ki, müzakirələrin əsas mövzuları arasında Ukraynanın iqtisadi dirçəlişi, ABŞ-dan gələcək hərbi və maliyyə yardımı, eləcə də Rusiya ilə davam edən münaqişə fonunda təhlükəsizlik təminatları yer alır.

Görüşdən öncə Prezident Trampın Ukraynaya yardımla bağlı tənqidləri və Zelenskiyə yönəlik sərt ifadələri gündəmi zəbt etmişdi. Lakin bugünkü görüşdə tərəflərin münasibətləri yumşaltmağa çalışdığı görünür.

Mənbə: https://www.reuters.com/world/ukraine-russia-war/trump-zelenskiy-meeting-latest-updates-ukraine-minerals-deal-2025-02-28/

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR