İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənqidə görə həbs olunsaydı, Əli Kərimli çoxdan "siyasi məhbusların çempionu" olardı – YAP deputatından sərt açıqlamalar

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı və partiyanın İdarə Heyətinin üzvü Kamal Cəfərov müxalif siyasətçi Əli Kərimli ilə bağlı geniş bir yazı qələmə alıb. O, yazısında Kərimlinin Azərbaycan hökumətinə qarşı iddialarını sərt tənqid edərək, onun fəaliyyətini “süni siyasi imic yaratmaq” cəhdi kimi qiymətləndirib.

Musavat.com deputatın yazısını olduğu kimi dərc edir:


***

Əli Kərimli iddia edir ki, Fatimə Mövlanlı hökuməti "tənqid" etdiyinə görə həbs edilib. Əgər doğrudan da tənqid həbs səbəbi olsaydı, Kərimli çoxdan "siyasi məhbusların çempionu" olardı. Amma nədənsə illərdir öz isti evində rahat oturub, yaratdığı "təqib olunan sədr" obrazı ilə auditoriyasını əyləndirir.

Azərbaycanın əleyhinə sistematik kampaniyalar aparan, xarici dairələrin ruporuna çevrilən biri bu gün hələ də sərbəstdirsə, demək ki, "tənqidə görə həbs olunmaq" haqqında iddialar sadəcə cəfəngiyyatdır.

Bəs Əli Kərimli elə tənqid adı altında, isti evində oturub hansı missiyanı icra edir?

Çünki özü də bilir ki, siyasi gücü yoxdur, son 20 il ərzində heç bir siyasi prosesdə iştirak etməyib, hətta özü dəfələrlə deyib ki, heç bir iddiası da yoxdur. Bəs Əli Kərimli nə istəyir?

Xarici dairələr də bu faktı çoxdan müəyyən edib və keçmiş təcrübədən də bilirlər ki, Əli Kərimli etibarlı tərəfdaş deyil. Ancaq bu o demək deyil ki, o faydasızdır. Ona görə də ona effektiv rollar yox, daha çox ara qarışdırmaq, beynəlxalq tədbir öncəsi hansısa fon yaratmaq rolu tapşırılır. Bu rolu icra etmək üçün ona da “təqib olunan sədr” imici lazımdır.

Ona görə bəzən deyir ki, internetimi kəsirlər, ancaq hər gün xaricdəki ailə üzvləri ilə danışır, canlı efirə çıxır, status yazır. Yadıma gəlir, bir dəfə osmanqızının efirinə çıxıb demişdi ki, məni döyüblər. Heç bir Azərbaycan kişisi çıxıb efirdə belə söz deməz. Sonradan aydın oldu ki, özü başını avtobusa çırpıb. Ancaq onun bu saxta iddiası onun psixoloji portretini aydın görsədir. O daima “qurban” imicinə sığınır. Bu ya travmadır, ya da hansısa strategiya. Ola bilər ki, elə hər iki faktorun müəyyən rolu var.

Çünki indi də konkret cinayət işlərinə görə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərdən siyasi dividend qazanmağa çalışır. Çünki bununla da özünü aktual saxlamağa çalışır. Bu həm də görünür gəlirli sahədir.

6384962eac37d6384962eac37e1669633582859cd4098f505365e384796f83aaf950.jpg (163 KB)

Kamal Cəfərov,
Milli Məclisin deputatı, YAP İH üzvü

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR