Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski və onu müşayiət edən nümayəndə heyəti Ağ Evdə keçirilən gərgin görüşdən sonra mətbuata açıqlama vermədən binanı tərk edib.
Musavat.com xəbər verir ki, görüş zamanı Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında ciddi fikir ayrılıqları yaşanıb. Xüsusilə, Ukraynanın Rusiyaya qarşı mövqeyi və Trampın Putinlə bağlı yanaşması mübahisəyə səbəb olub. Tramp Zelenskini “daha minnətdar olmağa” çağırıb və “sən Üçüncü Dünya Müharibəsi ilə qumar oynayırsan” deyə xəbərdarlıq edib.
Planlaşdırılan Ukrayna-ABŞ iqtisadi əməkdaşlıq müqaviləsinin də imzalanmadığı bildirilib. Bu isə iki ölkə arasındakı münasibətlərdəki gərginliyin artdığını göstərir.
Hələlik nə ABŞ, nə də Ukrayna tərəfi görüşün nəticələri ilə bağlı rəsmi açıqlama verməyib.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ