İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan gərgin görüş sonrası ilk açıqlama: “Zelenski sülhə hazır deyil”

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp görüşü çox əhəmiyyətli adlandırıb və müzakirələr zamanı bir çox vacib məqamların ortaya çıxdığını bildirib.

“Bugünkü görüşümüz çox əhəmiyyətli idi. Belə bir təzyiq və gərginlik altında aparılan söhbətsiz bu məsələləri heç vaxt tam anlamaq mümkün olmazdı. Emosiyalar vasitəsilə ortaya çıxanlar təəccüblüdür. Mən müəyyən etdim ki, Zelenski Amerika işə qarışdığı təqdirdə sülhə hazır deyil. Çünki o, bizim iştirakımızın danışıqlarda ona böyük üstünlük verdiyini düşünür. Mənə üstünlük lazım deyil, mən sülh istəyirəm”, - Tramp deyib.

Donald Tramp həmçinin Zelenskinin Ağ Evdə - ABŞ üçün müqəddəs sayılan Oval kabinetdə hörmətsizlik nümayiş etdirdiyini iddia edib.

“O, sülhə hazır olduğu zaman geri qayıda bilər”, - Tramp əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR