Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin sona çatması barədə razılaşma imzalayacağına inandığını bildirib.
Musavat.com xəbər verir ki, "Time" jurnalının sualına cavab olaraq Tramp, “Bəli, mən belə düşünürəm. O, hazırda Prezidentdir və məncə, biz razılaşma imzalayacağıq”,- deyə qeyd edib.
Trampın bu açıqlaması, Ukrayna münaqişəsinin sona çatması və sülh danışıqlarının başlanması ilə bağlı ümidləri artırıb.
Onun sözlərinə görə, Zelenskinin prezidentlik dönəmində müharibənin dayandırılması ilə bağlı irəliləyişlər əldə edilə bilər.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ