Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp BMT-nin 80-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gəlib.
Musavat.com xəbər verir ki, görüş Trampın dəvəti ilə baş tutub və əsas mövzu Qəzzə olub. İclasda bir sıra İslam ölkələrinin liderləri də iştirak edib. Mətbuata qapalı keçirilən toplantıya qatılmaq üçün Ərdoğan Nyu-Yorkdakı Türk Evindən çıxaraq görüş yerinə yollanıb.
Tramp: “Bu, günün ən vacib toplantısıdır”
Toplantıda çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, həmin gün 32 görüşü olsa da, ən önəmlisinin məhz bu müzakirədir: “Orta Şərqdə normal həyata qayıtmaq istəyirik. Qəzzədakı müharibəni bitirmək istəyirik”.
Toplantıda kimlər iştirak edib?
Mühüm görüşdə Pakistanın baş naziri Şahbaz Şərif, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani, İndoneziya prezidenti Prabovo Subianto, İordaniya kralı II Abdullah, Misir baş naziri Mustafa Medbuli və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan da iştirak ediblər.
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ