İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa qarşı sui-qəsdə cəhd edən şəxs bütün maddələr üzrə təqsirli bilinib

ABŞ vətəndaşı, 58 yaşlı Rayan Uesley Rut ABŞ Prezidenti Donald Trampa qarşı 2024-cü il seçki kampaniyası zamanı sui-qəsd cəhdində bütün ittiham maddələri üzrə təqsirli bilinib.

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

"Bu gün. prezident Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsə qarşı ittiham hökmü Ədliyyə Nazirliyinin siyasi zorakılıq törədənlərin cəzalandırılmasına sadiqliyini nümayiş etdirir. Bu sui-qəsd təkcə prezidentimizə deyil, eyni zamanda, millətin özünə qarşı hücum idi", - deyə federal prokuror Pam Bondi bildirib.

Ruta qarşı irəli sürülən ittihamlar ömürlük həbs cəzasını özündə ehtiva edir.

Xatırladaq ki, sentyabrın 15-də Federal Təhlükəsizlik Bürosu Floridadakı qolf klubu yaxınlığında atışma ilə əlaqədar yeni istintaq başlandığını bildirmişdi. Dəqiqləşdirilmişdi ki, qolf klubunun ərazisi yaxınlığında kolluqda gizlənməyə çalışan Rutun yanında optik nişangahlı "AK-47" avtomatı, keramik lövhələrlə təchiz edilmiş iki bel çantası və kamera aşkar edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR