Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır.
"Report"un "Akorda"ya istinadən məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, "köhnəlmiş münaqişələrin" diplomatiya yolu ilə həll edilə biləcəyini sübut edir.
"Bu prinsipə əsaslanaraq, Qazaxıstan həmişə eskalasiya əvəzinə, diplomatiya və güc yerinə, dialoq tərəfdarıdır", - deyə Qazaxıstan lideri vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ