Onlayn ictimai-siyasi qəzet
İran Rusiyadan MiQ-29 qırıcılarım alıb, onlar artıq cənub qonşuya təqdim edilib. Musavat.com “Military” hərbi portalına istinadən xəbər verir ki, Tehrana görə, ruslar gələcəkdə daha təkmil Su-35 təyyarələrini də təhvil verəcəklər.
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd yerli mətbuata bildirib ki, İran MiQ-29 qırıcılarının alınmasına müvəqqəti tədbir kimi baxır. O əlavə edib ki, İran gələcəkdə Su-35-lərin gəlişini gözləyir: “Rusiyaya məxsus MiQ-29 qırıcıları İrana gəlib və Şirazda yerləşdirilib, Su-35 qırıcıları isə artıq yoldadır”. O, həmçinin bildirib ki, Çinin HQ-9 hava hücumundan müdafiə sistemləri və Rusiyanın S-400 sistemləri İrana çatdırılır. Lakin bu iddianın təsdiqi yoxdur.
Eyni zamanda, “Military”in fikrincə, bu cür bəyanatlar İranın müdafiə qabiliyyətini gücləndirmək üçün Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırdığından xəbər verir. Bu, həm də ikitərəfli müdafiə əlaqələrində mümkün dəyişiklikdən xəbər verir. Portal qeyd edir ki, İran 1970-ci illərdən qalma Amerika qırıcıları və az sayda Rusiya təyyarələri əsasında qurulan, çoxdan köhnəlmiş hava hücumundan müdafiə sistemlərini modernləşdirməyə çalışır. Bu ilin əvvəlində yerli rəsmilər Rusiyanın Su-35 qırıcılarını qəbul etdiklərini iddia etmişdilər. Yenə də bu iddiaların heç bir təsdiqi yoxdur.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ