İnsanlara hürriyət, millətlərə istiqlal!

Oslodakı partlayışın səbəbi açıqlandı – Əraziyə...

Norveçin paytaxtı Osloda baş verən partlayışla bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, ilkin ehtimallara görə, hadisəyə əraziyə atılmış əl qumbarası səbəb olub. Partlayışdan sonra Parkveien yaxınlığında partlamamış sursat aşkarlanıb. Hazırda polis küçəni tam nəzarətə götürüb və təhlükəsizlik kordonu qurub.

Rəsmilərin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Bununla belə, sakinlərə ərazidən uzaq durmaq, partlayış baş verən küçəyə yaxınlaşmamaq və pəncərələrdən kənara baxmamaq barədə xəbərdarlıq edilib.

Polis hazırda hadisə ilə bağlı təhqiqat aparır, partlayışın səbəbləri və mümkün təxribat ehtimalları araşdırılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR