İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Avstriya xarici işlər naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynıl-Rayzinqer ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, nazirlər yüksək səviyyəli təmaslar və müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bu məqsədlərə nail olmaqda Birgə Komissiyanın mühüm rolunu önə çəkiblər.

Ceyhun Bayramov avstriyalı həmkarına münaqişədən sonrakı dövrdə regionda aparılan sülh quruculuğu və inkişaf səyləri barədə də məlumat verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR