İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp tərəddüd edir: Venesuelanı vursunmu, vurmasınmı?

Bu yaxınlarda ABŞ qoşunlarının Venesuelaya enməyə hazırlaşdığını açıqlayan ABŞ prezidenti Donald Tramp, ölkədə quru əməliyyatı ilə bağlı qərarı ən azı təxirə salıb.

Musavat.com xəbər verir ki, bu barədə dünən ABŞ rəsmiləri ilə danışan “The Wall Street Journal” qəzeti məlumat verib.

Bununla yanaşı, bildirilir ki, Venesuela prezidenti Nikolas Maduronun vəzifədən kənarlaşdırılması Ağ Evin xarici siyasətinin əsas prioriteti olaraq qalır. Lakin, görünür, amerikalılar hələ birbaşa müdaxiləyə hazır deyillər.

Qəzet yazır ki, Ağ Evin Venesuelada hərbi əməliyyat aparmaqla bağlı təhdidləri getdikcə daha az konkretləşir. Dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan “Gerald R. Ford” Karib dənizinə göndərildikdən sonra Tramp jurnalistlərə açıq şəkildə növbəti addımın qurudan hücum olacağını anons etmişdi.

Lakin bir neçə gün sonra, 31 oktyabrda o, Venesuela hərbi obyektlərini bombalamaq ehtimalını qəti şəkildə rədd edib. İki gün sonra, 2 noyabrda Tramp ABŞ-ın Venesuelaya müharibə aparmağa hazırlığını şübhə altına alıb.

Bu arada, Ağ Ev hələ də Maduronu düşmən kimi görür və onu istənilən yolla hakimiyyətdən uzaqlaşdırmaq istəyir. ABŞ-də narazılığın əsas mənbəyi Karakasın Pekin və Moskva ilə sıx əməkdaşlığıdır. ABŞ dəniz qüvvələrinin Karib dənizinə yerləşdirilməsi üçün rəsmi bəhanə Maduro və Venesuela hökumətinin bütün yüksək vəzifəli şəxslərinin transmilli cinayətkar qrup “Tren de Aragua”, eləcə də Venesuela ordusu tərəfindən yaradıldığı iddia edilən cinayətkar təşkilat olan “Kartel of the Suns”-un bir hissəsi olmasıdır. Lakin bu ittihamlar hələ də sübut olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR