İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp təklif etdiyi qızıl kartın necə adlanacağını açıqladı: Onlar dəli olacaqlar...  

Xarici investorlar üçün ABŞ-da daimi yaşayış icazəsinin yeni forması Tramp kartı adlandırıla bilər.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Fox News-a müsahibəsində açıqlayıb.

Qeyd edək ki, Tramp və digər rəsmilərin açıqlamalarına görə, ABŞ vətəndaşlığının əldə olunmasına gətirəcək proqram “qızıl kart” adlandırıla bilər: "Problem ondadır ki, çoxlu "qızıl kartlar" var. Mən sizə bu kartı xalqımın nə adlandırmaq istədiyini söyləyəcəyəm. Bu, solçuları dəli edəcək. Onlar bunu Tramp kartı adlandırmaq istəyirlər”.

O vurğulayıb ki, bu kartın satışından əldə edilən bütün gəlir ABŞ-ın məbləği 36 trilyon dolları keçən dövlət borcunun ödənilməsinə yönəldiləcək. Prezident xatırladıb ki, bu yaşayış icazəsi 5 milyon dollara satılmalıdır: "Tutaq ki, biz onların bir milyonunu satırıq. Bu, 5 trilyon dollardır".

Tramp onu da vurğulayıb ki, ABŞ rəsmilərinin bu kartları alan əcnəbilərlə bağlı ciddi şikayətləri olarsa, onların pulları onlara qaytarılacaq və həmin şəxslər xaricə deportasiya ediləcək. Təbii ki, bu kartları almaq istəyənlər Amerika kəşfiyyat orqanları tərəfindən “düzgün yoxlanılacaq”.
Yeni kartın ABŞ-da EB-5 kimi tanınan xarici investorlar üçün daimi yaşayış proqramını əvəz edəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR