İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp seçilərsə, biznes mühitində qeyri-müəyyənlik yaranar – Bill Qeyts

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə qalib gəlməsi ölkənin biznes mühiti üçün qeyri-müəyyənlik formalaşdıra bilər.

Musavat.com xəbər verir ki, bu fikri milyarder və Microsoft korporasiyasının təsisçisi Bill Qeyts “Bloomberg” agentliyinə müsahibəsində deyib: "Həm kimin qalib gələcəyi, həm də dəyişikliklərin nə dərəcədə dramatik ola biləcəyi baxımından ABŞ siyasətini proqnozlaşdırmaq çətindir. Tramp seçilərsə, biz daha çox dəyişiklik görə bilərik, ona görə də bütün biznes mühiti daha çox qeyri-müəyyənliklə üzləşməli ola bilər".

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR