İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiya və Ukrayna ilə gizli danışıqlar APARIR

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna rəhbərliyi ilə müharibəni bitirmək üçün danışıqlar apardığını bəyan edib.

Musavat.com xəbər verir ki, o, bu barədə Netanyahu ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

Lakin Tramp konkret olaraq hansı siyasətçilərlə və hansı səviyyədə təmaslar qurduğunu açıqlamayıb.

Bununla belə, o, prosesin uğurla davam etdiyini və müəyyən irəliləyişlər əldə olunduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Tramp daha əvvəl də Ukrayna müharibəsinin onun prezidentliyi dövründə baş verməyəcəyini iddia etmişdi. O, bu dəfə də eyni mövqeyini bir daha vurğulayaraq, Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib ki, əgər o hakimiyyətdə olsaydı, nə Ukrayna müharibəsi, nə də Fələstin-İsrail münaqişəsi baş verərdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR