Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya ilə mümkün nüvə qarşıdurmasına dair sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp Dmitri Medvedevin bəyanatlarına cavab olaraq ABŞ-ın belə bir ssenariyə tam hazır olduğunu bildirib.
“Medvedev yenə nüvə silahından danışmağa başlayıb. Biz belə hallarda tam hazır olmalıyıq. Və mən sizə deyirəm: biz hazırıq, həm də tam şəkildə”, – deyə Tramp vurğulayıb.
O, Rusiya rəhbərliyinin təhdidlərini ciddi qəbul etdiyini, xüsusilə də Medvedevin “qeyri-sabit və təhlükəli ritorikasının” Qərb üçün real təhdid olduğunu bildirib.
Trampın bu açıqlaması ABŞ ictimaiyyətində və beynəlxalq mediada geniş rezonans doğurub.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ