İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-Putin sövdələşməsi: "The Telegraph" Trampın Ukrayna planını ifşa etdi - ŞOK TƏFSİLAT

"The Telegraph" ifşası: Trampın “minerallar sazişi” Zelenskiyə təzyiq, Putinə qaz imperiyasını bərpa şansı yaradır

ABŞ prezidenti Donald Trampın hazırladığı və "The Telegraph" tərəfindən ələ keçirilmiş gizli “bərpa planı” dünya diplomatiyasında bənzəri görünməmiş bir sənəd kimi qiymətləndirilir. Plan Ukraynaya bərpa üçün dəstək adı altında, əslində onun neft, qaz, nadir torpaq elementləri, metal və nəqliyyat infrastrukturuna tam nəzarəti ABŞ-a verən neokolonial müqavilədir.

Volodimir Zelenskiyə ultimatum: Ukrayna ya bu razılaşmanı imzalamalı, ya da ABŞ-ın dəstəyindən məhrum qalmalıdır. Müqavilədə qeyd edilir ki, Ukrayna ABŞ-a 100 milyard dollar borc ödəyənə qədər bütün gəlirlərin hamısı Vaşinqtona çatacaq. Ukrayna isə yalnız borc ödənəndən sonra gəlirin 50 faizinə sahib ola biləcək. Bunun üçün isə heç bir təhlükəsizlik zəmanəti və ya ABŞ tərəfindən maliyyə yatırımı nəzərdə tutulmur.

“Bu, əmlakın müsadirəsi sənədidir”, – deyə Atlantik Şurasının enerji hüququ üzrə eksperti Alan Rayli bildirir. “ABŞ bu razılaşmadan istədiyi an çıxa bilər, Ukrayna isə yox.”

Sənəddə Ukraynanın qaz, neft və mədən sektoruna aid yollar, boru xətləri, limanlar və zavodlar daxil olmaqla bütün infrastrukturuna ABŞ-ın tam nəzarəti nəzərdə tutulur. İdarəetmə Delaver ştatında qeydiyyatdan keçmiş, lakin Nyu-York yurisdiksiyasında olan fond vasitəsilə həyata keçiriləcək və fondun idarə heyətinin 3 üzvünü ABŞ təyin edəcək.

Bütün bunlar fonunda ABŞ və Rusiya arasında paralel danışıqların getməsi, xüsusilə də Qərbi Sibir qazının Avropaya qaytarılması və Nord Stream boru kəmərinin bərpası planları Kremllə gizli sövdələşmə şübhələrini artırır. Hətta Trampa yaxın maliyyəçilərin Rusiya suveren fondunun rəhbəri Kiril Dmitriyev ilə əlaqələri və ortaq enerji layihələrinə giriş imkanı da gündəmə gəlib.

Sergey Lavrovun sözləri vəziyyəti daha da aydınlaşdırır: “Əgər amerikalılar Avropaya təzyiq göstərsə və onları Rusiya qazını qəbul etməyə məcbur etsə, bu, bizim üçün qələbə olacaq”.

Diplomatik fiasko yaxınlaşır: Macarıstan və Slovakiya artıq Avropa İttifaqının sanksiyalarının uzadılmasına səs verməyəcəklərini bildiriblər. Bu isə 200 milyard avroluq Rusiya aktivlərinin azad edilməsi və Kremlə təhvil verilməsi ilə nəticələnə bilər.

Çatham House analitiki Tim Eş isə belə deyir: “Tramp qalib gələ biləcəyi oyunu uduzur. Bu plan Ukraynanın deyil, Rusiyanın maraqlarına xidmət edir”.

Qərb içində parçalanma artır, Ukraynanın isə öz iqtisadi gələcəyi və ərazi bütövlüyü ciddi təhdid altına düşür. “Tramp-Putin enerji razılaşması” Qərbin “Azad Ukrayna” tezisini təhlükəli şəkildə sarsıdır.

Xəbərin qaynağı bu linkdə:https://www.telegraph.co.uk/business/2025/03/27/revealed-trump-plan-force-ukraine-restore-putin-gas-empire/?WT.mc_id=e_DM547474&WT.tsrc=email&etype=Acq_Acq_TS_Sat_0to30D&utmsource=email&utm_medium=Acq_Acq_TS_Sat_0to30D20250329&utm_campaign=DM547474

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR