İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp prezident seçilsə, Baydeni tutduracaq – Vəd və hədə

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolina ştatında Respublikaçılar Partiyasının tərəfdarlarının tədbirində deyib ki, əgər yenidən Amerika administrasiyasının rəhbəri vəzifəsinə seçilərsə, o, 2012-ci ildə ABŞ-ın hazırkı liderinin özünün və ailə üzvlərininnbütün mümkün cinayətləri ilə bağlı dərhal araşdırmalara başlayacaq.

ABŞ prezidenti kimi fəaliyyətə başladığı ilk gün (yanvarın 20-də) o, baş prokurrora (ədliyyə nazirinə) bütün nadürüst hərəkətlərlə, o cümlədən rüşvət almaqla bağlı ABŞ Konqresində səslənən çoxsaylı bəyanatların hər birini öyrənməyi tapşıracağını, Baydenin və ailəsinin Çin və bir çox başqa ölkələrdən rüşvət aldığına dair deyilənləri yoxlamağı həvalə edəcəyini deyib.

Qeyd edək ki, prezident postunu verdiyi gündən bəri Tramp və Bayden arasında kəskin qarşıdurma müşahidə olunur. Bu, ABŞ tarixi ərzində fəaliyyətdə olan prezidentlə eks-prezident arasındakı ilk ziddiyyətdir. Bundan əvvəl prezidentlər və eks-prezidentlər arasında heç vaxt konflikt olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR