İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ona "dəli" deyənlərə cavab verdi- Testdən keçdi



ABŞ Prezidenti Donald Tramp növbəti dəfə diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, ölkə başçısı planlı şəkildə keçirilən tibbi müayinədən keçib. Təxminən dörd saat davam edən genişləndirilmiş müayinələr zamanı Trampın ümumi sağlamlıq vəziyyəti, həmçinin onun zehni funksiyaları dəyərləndirilib.

Tramp özü bu barədə mətbuata açıqlama verərək bildirib ki, o, idrak qabiliyyətlərini ölçən – yəni zehni bacarıqları, yaddaş, diqqət və məntiqi düşüncə kimi sahələri əhatə edən – xüsusi testdən də keçib. Prezident test nəticələrinin müsbət olduğunu deyib və özünü əla formada hiss etdiyini vurğulayıb.

“Hamı mənim nə qədər ağıllı olduğumu bilir. Amma yenə də sübut lazım idisə, bu test onun cavabı oldu,” – deyə Tramp zarafatla əlavə edib.

Trampın bu açıqlaması ABŞ və dünya mediasında rezonans doğurub. Onun zehni sağlamlığının test edilməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, Tramp bundan əvvəl də bir neçə dəfə oxşar tibbi müayinələrdən keçmiş və sağlamlıq durumunun yaxşı olduğunu bəyan etmişdi. Lakin bu dəfəki testin nəticələri onun idrak qabiliyyətlərinə xüsusi diqqətin yönəldiyini göstərir.

Bu addım bir çox siyasi ekspertlər tərəfindən gələcək seçkilərə hazırlıq prosesinin bir hissəsi kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR