İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Karni ilə danışdı, sosial şəbəkədə bunu yazdı

ABŞ prezidenti Donald Tramp Kanadanın yeni baş naziri Mark Karni ilə danışıqlar apardığını bildirib.

Musavat.com xəbər verir ki, o, danışıqlardan razı qalıb.

Tramp “Truth Social” sosial şəbəkəsindəki bloqunda söhbətin yaxşı və “çox məhsuldar” keçdiyini qeyd edib:

“Kanadanın baş naziri Mark Karni ilə söhbəti indicə bitirdim. Bu, son dərəcə məhsuldar bir zəng idi”.

Qeyd edək ki, Donald Tramp dəfələrlə Kanadanın ABŞ-ın 51-ci ştatı olmasının zəruri olduğunu deyib. Eyni zamanda o, şimal qonşudan idxala əlavə rüsumlar tətbiq edib, aprelin 2-dən isə rüsum qərarının tətbiq dairəsini genişləndirməyi vəd edib. Bundan əlavə, Tramp Kanada və Avropa İttifaqını ABŞ-a qarşı fəaliyyətlərini əlaqələndirməkdən çəkinməyə çağıraraq, bu halda hər iki istiqamətdən idxala 200 faizlik rüsumlar tətbiq edəcəyini bildirib.

Kanadanın əvvəlki və indiki baş nazirləri ABŞ-a birləşmək məsələsini qəbuledilməz hesab edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR