İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp geri verdi: 75-dən çox ölkəyə qarşı tariflərin tətbiqini 3 ay təxirə saldı

Tramp 75-dən çox ölkə ilə danışıqlar fonunda 90 günlük tarif fasiləsi elan etdi

ABŞ prezidenti Donald Tramp 75-dən çox ölkənin ABŞ ilə ticarət məsələləri üzrə danışıqlar aparmaq istəməsini əsas gətirərək, qarşılıqlı tariflərdə 90 günlük fasilə tətbiq edildiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Trampın Truth Social platformasında paylaşdığı məlumata görə, bu fasilə dövründə qarşılıqlı tariflər əhəmiyyətli şəkildə endiriləcək və 10% səviyyəsində olacaq.

"Ticarət, tariflər, valyuta manipulyasiyaları və qeyri-maliyyə ticarət maneələri ilə bağlı məsələləri müzakirə etmək üçün 75-dən çox ölkə ABŞ nümayəndələrini, o cümlədən Ticarət Departamenti, Xəzinədarlıq və ABŞ Ticarət Nümayəndəsini danışıqlara çağırıb. Mənim təkidimlə bu ölkələr ABŞ-a qarşı heç bir cavab tədbiri görmədikləri üçün, dərhal qüvvəyə minəcək şəkildə 90 günlük pauza və 10%-lik aşağı qarşılıqlı tarif tətbiq etməyə qərar verdim", – deyə Tramp bildirib.

Bu addım, qlobal ticarətdəki gərginliyi azaltmaq və yeni razılaşmalara zəmin yaratmaq məqsədi daşıyır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR