Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə tarifləri 90 gün müddətinə dayandırdığını elan etdikdən sonra Nyu-York Birjasında əsas indekslər kəskin şəkildə yüksəlməyə başlayıb.
Musavat.com birja məlumatlarına istinadən xəbər verir ki, Dow Jones sənaye indeksi Amerika liderinin açıqlamasından dərhal sonra 37 957,51 bənddən 39 579,55 bəndədək yüksəlib.
S&P 500 indeksi 223,62 bənd yüksələrək 5 261,09 bənd təşkil edib. Nasdaq elektron birja indeksi 885,02 bənd (3,73 faiz) artaraq 16 464,79 bənd təşkil edib. Ticarət sessiyası başlayandan indiyədək indekslər müvafiq olaraq 5,14 faiz, 5,59 faiz və 7,84 faiz dəyər qazanıb.
Trampın açıqlaması həmçinin neft bazarında da qiymət artımına səbəb olub. Açıqlamadan sonrakı yarım saat müddətində Brent markalı neftin qiymətində 5 dollar artım qeydə alınıb. Hazırda 65 dollar ətrasında olan qiymətlərin artımı davam edir.
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ