İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp FED rəhbərini Avropanın əlinə oynamaqda ittiham etdi: Ona böyük siyasi təzyiqlər olacaq...  


ABŞ prezidenti Donald Tramp bildirib ki, o, istəsə, Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell vəzifəsini tərk etmək məcburiyyətində qalacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərə deyib: "O, gedəcək. Mən ondan xahiş etsəm, gedəcək. Düşünmürəm ki, o, öz işinin öhdəsindən gəlir. O, gecikir, həmişə çox gecikir. O, bir az ləngdir və mən ondan razı deyiləm. Və mən bunu ona bildirmişəm. Və əgər mən onu çıxarmaq istəsəm, o, çox tez oradan uzaqlaşacaq, inanın mənə".

Ağ Ev rəhbəri həmçinin faiz dərəcəsinin aşağı salınmasını zəruri hesab etdiyini vurğulayıb: "Ola bilsin ki, o (Federal Ehtiyat Sisteminin rəhbəri – red.) uçot dərəcəsini aşağı salsın. Çünki hesab edirəm ki, Avropa bunu edibsə, deməli, bu, bizi onlarla müqayisədə əlverişsiz vəziyyətə salır. Yəni o, onların əlinə oynayır. Ona görə də hesab edirəm ki, o, uçot dərəcəsinin aşağı salınmasına getməlidir. Hazırda bizdə həqiqətən də inflyasiya yoxdur. Düşünürəm ki, nə vaxtsa o, bunu edəcək, ona böyük siyasi təzyiqlər olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR