Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp dərman istehsalçılarına gələcək rüsumlarla bağlı xəbərdarlıq edib. O həmçinin bildirib ki, əgər şirkətlər rüsumlarla üzləşmək istəmirlərsə, istehsalı ABŞ-a köçürmələrini sürətləndirməli olacaqlar.
APA xəbər verir ki, bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, cümə axşamı baş tutan görüşdə şirkət rəhbərləri, o cümlədən “Eli Lilly & Co” şirkətinin baş icraçı direktoru Devid Riks, “Merck & Co” şirkətinin baş direktoru Robert Davis və “Pfizer Inc”in baş direktoru Albert Burlu da iştirak edib.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ