Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Çinlə ticarət razılaşmasına açıqdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: "Prezident çox açıq şəkildə bildirib ki, o, Çinlə razılaşmaya açıqdır".
"O, nikbindir. Əgər Çin qisas almağa davam edərsə, bu, Çin üçün yaxşı olmayacaq”.
Eyni zamanda, o, Çin üçün Amerika gömrük rüsumunun “dünənki səviyyədə – 145 faiz səviyyəsində qaldığını” təsdiqləyib. Levitt deyib ki, əgər digər ölkələr ABŞ-dan idxal olunan mallara simmetrik tariflər tətbiq etmək yolunu tutsalar, Tramp “daha güclü zərbə vurmaq” niyyətindədir.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ