İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çin liderini inauqurasiyasına dəvət edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin lideri Si Cinpini 2025-ci il yanvarın 20-də Amerika paytaxtında keçiriləcək andiçmə mərasiminə dəvət edib.

Musavat.com xəbər verir ki, bu barədə “CBS News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Cinpini andiçmə mərasiminə dəvət edib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.

Çinin Vaşinqtondakı səfirliyi hələ ki, bu məlumatı təsdiqləmək xahişinə cavab verməyib.

Onu da qeyd edək ki, Donald Tramp hələ prezidentlinin birinci müddətində Çinə qarşı sərt ritorikası ilə fərqlənib. O builki seçki kampaniyasında da seçilərsə, Çinə qarşı sərt tədbirlər görəcəyini vəd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR