Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın hər 3 keçmiş prezidenti ABŞ ilə tərəfdaşlıq münasibətlərinin qurulmasına töhfə verib. Deməli, bu, baş nazir Nikol Paşinyanın təmsil etdiyi hazırkı hökumətin xidməti deyil”.
Musavat.com xəbər verir ki, bunu Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan deyib.
“Amerikalı tərəfdaşlarımızın rolu da az əhəmiyyət kəsb etmir. Ona görə də bütün uğurları Co Bayden və Nikol Paşinyan administrasiyalarına aid etməzdim. Bu, təkcə onların işi deyil deyil”, - Sarkisyan bildirib.
Onun sözlərinə görə, Tramp Vaşinqtonla İrəvan arasında əldə olunan razılaşmalardan xəbərdardır.
Musavat.com
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ