Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyası smartfon, kompüter və digər elektronika məhsullarının idxalını qarşılıqlı gömrük rüsumlarından azad edib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinə istinadən Bloomberg yayıb.
Xidmətin dərc etdiyi sənəddən belə çıxır ki, tətbiq edilən rüsumların əhatə dairəsi daralır. Bura 125 faiz rüsum tətbiq edilən Çin malları və 10 faiz tarif tətbiq edilən digər ölkələrin məhsulları daxildir.
Bloomberg yazır ki, rüsumdan azad edilən malların siyahısına smartfonlar, noutbuklar, sərt disklər, kompüter prosessorları və yaddaş çipləri, həmçinin yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar daxildir.
Agentlik qeyd edib ki, bu mallar qarşılıqlı ticarət rüsumlarından azad edildikdən sonra onlara digər tariflər də tətbiq oluna bilər.
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ