Onlayn ictimai-siyasi qəzet
Pentaqonun yeni rəhbəri Pit Heqset ABŞ silahlı qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Millini şəxsi müdafiədən və məxfi məlumatlara çıxışdan məhrum etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Kanalın məlumatına görə, ABŞ hərbi departamentinin baş müfəttişi vəzifəsini icra edən Stiven Stebbins general Millinin Donald Trampın ilk prezidentlik dövründə “komanda zəncirini sarsıtması” səbəbilə rütbəsinin aşağı salınıb-salınmayacağına qərar verəcək bir komitə toplamalı olacaq.
Bundan əvvəl amerikalı jurnalist və “The Washington Post” qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvord general Mark Millinin Trampı “faşist” və “ölkə üçün ən təhlükəli şəxs” adlandırdığını deyib.
Milli Ağ Evi tərk etməzdən əvvəl ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən qabaqcadan əfv edilənlər arasında idi.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ