Onlayn ictimai-siyasi qəzet
İran Səhiyyə Nazirliyinin məlumatına görə, 13 iyun tarixindən bəri İsrailin hava hücumları nəticəsində ölkədə azı 606 nəfər həlak olub, 5 min nəfərdən çox insan yaralanıb.
Musavat.com xəbər verir ki, nazir Məhəmməd Rza Zəfərqaninin sözlərinə görə, təkcə son 24 saat ərzində 107 nəfər həyatını itirib.
Jurnalistlərin fəaliyyətinə qoyulan hökumət məhdudiyyətlərinə görə ziyanın real miqyasını müəyyən etmək çətindir.
Lakin İranda insan hüquqları pozuntularını izləyən “Human Rights Activists In Iran” təşkilatının məlumatına görə, həlak olanların sayı rəsmi rəqəmləri təxminən iki dəfə üstələyir.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ