İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbər verərək raket hücumumu olar: Türkiyənin məşhur təhlilçisi İranı niyə haqlı çıxartdı

Türkiyənin tanınmış hərbi strateqi və analitiki Abdullah Ağar, İran–İsrail–ABŞ arasında yaşanan gərgin müharibə prosesi ilə bağlı öz fikir və müşahidələrini “X” sosial media platforması üzərindən ictimaiyyətlə bölüşüb. Eyni zamanda bu məqaləni Musavat.com redaksiyasına da göndərib. Musavat.com olaraq, bölgədəki proseslərin mahiyyətini anlamaq üçün bu dəyərli analitik yazını təqdim etməyi məqsədəuyğun hesab edirik.

Aşağıda təqdim etdiyimiz yazı tam şəkildə Abdullah Ağarın müəllifliyindədir və Azərbaycan oxucusu üçün yalnız terminoloji uyğunlaşdırma aparılmışdır:

Xəbər verərək raket hücumu olar?

SON DƏQİQƏ: İran və İsrail RAZILAŞDI - Atəşkəs qüvvəyə mindi

Bu sual çoxlarını çaşdırır. Kimiləri bunu zəiflik əlaməti sayır. Amma mən belə düşünmürəm. İranın bu addımı yeni nəsil müharibənin açıq təzahürüdür. Çünki artıq döyüş meydanları yalnız silahlarla yox, zehinlərlə, qərar mərkəzləri ilə, niyyət və alqılarla, məlumatın pozulması və dəyişdirilməsi ilə, dini və siyasi anlamlar üzərindən aparılır.

İranın Qətərdə yerləşən ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) qarşı həyata keçirdiyi bu hücum, klassik zərər vermə niyyətindən daha çox strateji şüurun, qlobal balansın və psixoloji üstünlüyün qurulmasına hesablanmış bir həmlədir. Bu zərbə ilə İran insan tələfatı deyil, zehinləri, prosesləri və qərar dövriyyəsini hədəfə alıb.

İran özünün yerləşdiyi reallığın, qarşısında dayanan güclü düşmənin və texnoloji üstünlüyünün tam fərqindədir. ABŞ və İsrail kimi güclərlə açıq qarşıdurma onun üçün ağır nəticələr doğura bilər. Amma eyni zamanda İranın qorunmalı bir şərəfi, davam etdirməli olduğu bir müqaviməti və arxasında saxlamaq istədiyi bir sosial bazası – xalqı, müttəfiqləri və tərəddüddə qalanlar var.

Bu hücum psixoloji olaraq “Biz artıq qorxmuruq” mesajını verir. İndiyə qədər İran ABŞ-ın mövqeyinə cavab olaraq dolayı yollar seçirdi – yəni hava və dəniz yollarını pozmaq, silahlı milis qüvvələrindən istifadə, siber hücumlar, regional qarşıdurmalar. Amma bu dəfə İran CENTCOM-un özünü – ABŞ-ın beynəlxalq hərbi ağlının əsas komanda nöqtəsini – hədəf aldı.

Bu o deməkdir ki, əgər siz İranı vurursunuzsa, artıq heç bir yeriniz təhlükəsiz deyil. İran ilk dəfə açıq şəkildə dedi: “Biz artıq müdafiədə yox, hücumdayıq!” Və bu mesaj yalnız ABŞ-a yox, onun bölgədəki müttəfiqlərinə də ünvanlanmışdı.

Bu zərbə Qətəri də çətin vəziyyətə salır. Çünki Qətər həm ABŞ ilə hərbi əməkdaşlıq edir, həm də İranla mülayim münasibət saxlamağa çalışır. İndi isə İran Qətərə demiş olur: “Sən bizə qarşı neytral deyilsən, ABŞ-la eyni cərgədəsən. Və biz sənə də inanmırıq.” Bu, həm diplomatik, həm də təhlükəsizlik baxımından Qətəri narahat edən siqnaldır.

Bundan əlavə, bu hücum, ABŞ-ın Körfəz bölgəsindəki təhlükəsizlik şəbəkəsini də sual altına alır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiq ölkələr üçün bu sual ortaya çıxır: “ABŞ həqiqətən bizi qoruya biləcəkmi?” İran isə bu yolla bölgədəki Amerika asılılığını sarsıtmağa çalışır.

1979-cu ildən bəri İranın ideoloji dünyagörüşündə “Böyük Şeytan” anlayışı ilə birbaşa ABŞ hədəf alınır. Qətərdəki ABŞ hərbi bazaları isə bu böyük şeytanın bölgədəki real simvollarıdır. İran birbaşa bu simvollara zərbə vuraraq həm fiziki, həm ideoloji cəbhədə cavab verir.

İran bu hücumla sanki ABŞ-a deyir: “Siz bizim nüvə obyektlərimizi strateji hədəf kimi görürsünüz. Biz də sizin məlumat, qərar və idarəetmə mərkəzlərinizi eyni dərəcədə strateji hədəf sayırıq.”

İran bu addımı ilə ABŞ-ın sadəcə raketlər və təyyarələrlə deyil, qərar prosesi, informasiya axını və qlobal idarəetmə sistemləri ilə işlədiyini vurğulayır. Qətərdəki Əl-Udeyd bazasına zərbə – bu sistemin “alqoritmik sinir nöqtəsinə” zərbədir. İran burada demək istəyir ki, “Biz bu sərhədləri poza bilərik.”

Bu, artıq kinetik yox, alqoritmik müharibədir. İran ABŞ-ın mərkəzi qərar strukturunu – CENTCOM-u vuraraq bildirib ki, veri axışını və qərar mexanizmini pozmaq da gücün bir formasıdır.

ABŞ-da İLK! Bu ölkənin vətəndaşlarına verilmiş bütün vizalar ləğv edilib »  Azxeber.com

Bunu belə də izah edə bilərik: ABŞ İranın nüvə obyektlərini B-2 Spirit bombardmançıları ilə vurur, bu əməliyyat CENTCOM-un komandanlığı ilə aparılır. İran isə düşünür: “Əgər CENTCOM bu qədər güclüdürsə, biz onu hədəf almalıyıq. Əgər bizim nüvə mərkəzlərimiz sizin üçün strateji məlumat mənbəyidirsə, sizin CENTCOM bazanız da bizim üçün belədir.” Bu, asimmetrik güc balansını simmetrik struktura çevirməyə yönəlmiş bir mesajdır.

Və nəhayət, bu hücum yalnız hərbi yox, teopolitik mesaj daşıyır. İranın ideoloji təməlini təşkil edən Vilayəti-Fəqih doktrinasına görə, dünya müstekbir (yəni özünü üstün görənlər) və mustəzəf (əzilənlər) olaraq iki yerə bölünür. ABŞ kimi hegemon güclərə qarşı çıxmaq, müqavimət göstərmək İranın siyasi-dini kimliyinin əsas hissəsidir. Bu baxımdan CENTCOM bazasına hücum bir teopolitik cihad aktı olaraq görülə bilər.

İran artıq İsrail və ABŞ-ın strateji hücumlarına qarşı öz uran ehtiyatlarını naməlum yerlərə daşımaqla və CENTCOM-a zərbə endirməklə bir geosiyasi və dini manevr etdi. Bu hərəkət hər nə qədər danışıqlar üçün bir fürsət pəncərəsi açsa da, müharibənin bitdiyi anlamına gəlmir. Sadəcə, forması dəyişdi.


Abdullah Ağar,
Hərbi ekspert, strateq
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR