Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Dnepr şəhərində baş vermiş raket hücumu nəticəsində azı 8 nəfər həlak olub, 84 nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Yaralananlardan 62 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-nin vəziyyəti ağırdır.
Dnepropetrovsk vilayətinin başqa bir şəhəri olan Samarda da iki nəfər həlak olub, 11 nəfər yaralanıb.
Hadisə anı yerli teleqram kanallarında yayımlanıb. Videolarda ballistik raketlərin düşdüyü anlar əks olunub.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ