İnsanlara hürriyət, millətlərə istiqlal!

Serenay sevgilisindən üçüncü dəfə AYRILDI

Türkiyəli aktrisa Serenay Sarıkaya ilə müğənni Mert Demir ayrılıb.

Musavat.com xəbər verir ki, cütlük üçüncü dəfə münasibətinə son qoyub.

Qeyd edək ki, cütlüyün adı menecer Ayşe Barım qalmaqalında hallansa da, onların pul qarşılığında görüşməsi ilə bağlı yayılan xəbərlər münasibətlərinə son qoysa da, Serenay ilə Mert bir müddət sonra təkrar bir araya gəlmişdi.

Fuat Uğur "TV100"də yazdığı məqalədə kino şirkətlərinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Demir arasındakı münasibətin saxta olduğunu irəli sürüb.

İddiaya görə, Serenay reklam müqabilində Mertlə sevgili olmaq üçün 5 milyon dollar alıb.

Bundan sonra xüsusilə də menecer Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhuru təmsil edən ID İletişim şirkəti haqqında araşdırma başlatmış, Barım həbs olunmuşdu.

Aktrisa verdiyi ifadədə deyilənlərin heç birinin doğru olmadığını dilə gətirmişdi.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR