Onlayn ictimai-siyasi qəzet
Rusiya bu günədək Ukrayna ilə sülh danışıqlarına ciddi yanaşdığını nümayiş etdirməyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte NATO İctimai Forumu çərçivəsində çıxışı zamanı danışıb.
“Mən o danışıqlardan danışmıram ki, orada hansısa rusiyalı tarixçi min illər əvvələ qayıdaraq məsuliyyəti üzərindən atmağa çalışır. Bu, ciddi əsas deyil".
Bu fikirlərlə o, Putinin köməkçisi və İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Vladimir Medinskini nəzərdə tutub. Medinski o vaxt bəyan etmişdi ki, Rusiya bir neçə əsr əvvəl İsveçlə müharibələr aparıb və bu tarixi faktlar bugünkü vəziyyətə təsir edir.
Rütte vurğulayıb ki, Ukrayna İstanbul danışıqlarına yüksək səviyyəli nümayəndə heyəti göndərmişdi, lakin Rusiya ciddi münasibət nümayiş etdirməyib.
“Ümid edirəm ki, yaxın gələcəkdə həqiqi, ciddi danışıqlar başlayacaq və yalnız atəşkəsə deyil, eyni zamanda ədalətli və davamlı sülhə nail olunacaq. Və Vladimir Vladimiroviç Putin bir daha Ukraynanın bir qarış torpağını belə ələ keçirmək fikrinə düşməyəcək”,-deyə holland siyasətçi qeyd edib.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ