İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada sərnişin qaratını VURDU

Ukraynanın Dnepr şəhərinə qarşı Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi ballistik raket hücumu nəticəsində genişmiqyaslı dağıntılar baş verib. Bu barədə şəhərin meri Boris Filatov məlumat yayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, zərbə nəticəsində 14 məktəb və uşaq bağçası, eləcə də şəhər xəstəxanası və poliklinika zədələnib. Filatov həmçinin xüsusi yaşayış evlərinin olduğu ərazilərdə ciddi dağıntılar olduğunu bildirib. Hücum zamanı Odessa–Zaporojye sərnişin qatarı da zərər görüb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Dnepr şəhəri ballistik raketlə vurulub. Bundan əlavə, Dnepropetrovsk vilayətinə daxil olan Samara şəhəri də raket atəşinə tutulub.

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının məlumatına əsasən, hücum nəticəsində 3 nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR